Liviya Milli Razılıq Hökumətinin Daxili İşlər naziri Fəthi Başaqiyə qarşı sui-qəsdə cəhd olunub.
Teleqraf.com xəbər verir ki, Başaqinin olduğu avtomobil kolonu Canzur-Tripoli magistralında silahlı hücuma məruz qalıb.
Hücumu həyata keçirən şəxslərdən ikisi yaralanaraq tutulub, biri isə öldürülüb. Başaqinin xəsarət almadığı bildirilir.