“Gürcüstanda yaranan vəziyyət 2003-cü ildəki hadisələrə bənzəyir, Mixail Saakaşvilinin ölkəyə dönüşü və hakimiyyət dəyişikliyini xatırladır”.
Teleqraf.com xəbər verir ki, bunu gürcü politoloq Arno Xıdırbeqişvili deyib.
Onun sözlərinə görə, 2020-ci il parlament seçkilərinin nəticələrinin müxalifət tərəfindən tanınmaması fonunda Baş nazir Georgi Qaxariyanın istefası ciddi sarsıntılara səbəb olub:
“Mövcud vəziyyət 2003-cü ildəki hadisələri təkrarlayır: Baş nazir Jvaniyanın istefası, “Qızılgül inqilabı”, yeni hökumətin gəlişi... Daha sonra vətəndaşlar Şevardnadzenin hakimiyyətinə son qoydular. Eyni şey bu gün də təkrarlanır: seçkilər, nəticələrə etirazlar, baş nazirin istefası. Təbii ki, hakimiyyət dəyişikliyi baş verməlidir. İnqilab ssenarisi artıq icra olunur, demək olar ki, 50 faiz həyata keçirilib”.
Arno Xıdırbeqişvilinin sözlərinə görə, müxalifət Birləşmiş Milli Hərəkatın lideri Nika Meliyanı həbsdən qoruya bilsəydi, hava limanında ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin müdafiəsinə qalxmaqdan xoşbəxt olardı.
Qeyd edək ki, Qaxariya ötən həftə Meliyanın həbs qərarına etiraz edərək, tutduğu postdan istefa verib. Onu keçmiş müdafiə naziri İrakli Qaribaşvili əvəzləyib.