24 Fevral 2021 00:27
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada son sutka ərzində 8489 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 134 639 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 548 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 121 305 nəfərə çatıb.


Müəllif: Teleqraf.com