26 Fevral 2021 17:18
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi Qafqaz ölkələrinin blokadadan çıxarılan nəqliyyat marşrutları Avropanı Asiya ilə birləşdirəcək və bu yöndə tələbləri artıracaq”.

Teleqraf.com xəbər verir ki, bunu gürcü iqtisadçı İosif Arçvadze söyləyib.

Ekspertin sözlərinə görə, Cənubi Qafqaz bölgəsində nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasından sonra zaman keçdikcə nəqliyyat axını, yük daşımalarının həcmi artacaq və yol infrastrukturunu inkişaf etdirmək lazım gələcək.

Arçvadzenin fikrincə, mal axınlarının hərəkət intensivliyi hər üç Cənubi Qafqaz ölkəsinin – Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi potensialını artıracaq:

“Cənubi Qafqaz ölkələrinin yalnız ən yaxın qonşu olmaları deyil, eyni zamanda, hər birinin tranzit funksiyasını yerinə yetirməsi və bu funksiyaların zaman keçdikcə artması Şərqdən Qərbə, Cənubdan Şimala və əksinə, mal axınlarını artıracaq, bölgəyə maraq göstərən ölkələrin sayı çoxalacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər