26 Oktyabr 2014 20:55
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail mətbuatında yayılan məlumata görə, bu ölkənin dövlət başçısı Rivlin yəhudilərin ərəblərə qarşı irqçi münasibət bəslədiyini etiraf edib.

O, Təl-Əvivin şərqindəki Kfar Əzələysəm kəndində 47 fələstinlinin ölümünə səbəb olan və "1956 qırğını" olaraq tanınan hadisənin il dönümündə etdiyi çıxışında bununla bağlı maraqlı fikirlər səsləndirib: "Kfar Əzələysəm qırğınında nələr yaşandığını çox diqqətli şəkildə araşdırmağımız və bunu gələcək nəsillərə izah etməyimiz lazımdır. Burada həqiqətən böyük bir cinayət törədildi və bu səhvin düzəldilməsi lazımdır".

Rivlin İsraildəki ərəb cəmiyyətinin illərdir, ayrı-seçkiliyə məruz qaldığını xatırladaraq, "İsraildəki bir çox ərəb yəhudilərin irqçiliyinə məruz qalmaqdadır" - deyə, vurğulayıb.

Ərəb və İsrail xalqının məsuliyyətlə davranaraq, şiddət və terrorizmə qarşı dayanmasının lazım olduğuna diqqəti çəkən Rivlin, "Ölkəmizdə yaşayan ərəb əhalisi hər vaxt İsrailin bir parçası olacaq" fikrini səsləndirib.

Teleqraf.com-un məlumatına görə, Rivlin heç kimin millətindən ötəri ölkədən qovula bilməyəcəyini vurğulayaraq, İsrailin yəhudi cəmiyyətinin ana vətəni olduğunu da sözlərinə əlavə edib.

Kənar yandan, Rivlin, vəzifə başındaykən "1956 qırğını" tədbirlərinə qatılan ilk İsrail prezidenti olub. Sabiq İsrail prezidenti Şimon Peres 2007-ci ildə kəndə etdiyi ziyarətdə qırğından ötəri üzr istəmişdi.

Kfar Əzələysəm kəndində 29 oktyabr 1956-cı ildə küçəyə çıxma qadağanı elan edilmiş, ancaq bundan xəbərdar olmayan və işlərindən dönən 47 fələstinli İsrail əsgərləri tərəfindən öldürülmüşdü.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər