Böyük Britaniya İran İslam Respublikasının bir sıra banklarına və elmi mərkəzlərinə tətbiq etdiyi iqtisadi sanksiyaları aradan qaldırıb.
Teleqraf.com-un NRNA informasiya agentliyinə istinadən məlumatına görə, Avropa məhkəməsinin qərarından sonra Britaniya İranın “Moellim”, “Sina”,”Sorinet” banklarına, Tehranın “Şərif” texnologiya universitetinə və eyni adlı elmi mərkəzə qarşı tətbiq etdiyi sanksiyalara xitam verib.