“Rusiya hesab edir ki, Ermənistanda baş verən ictimai-siyasi hadisələr respublikanın daxili işidir və Moskvanın bu mövzuda başqa bir mövqeyi ola bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu, suveren bir dövlətin daxili işidir, bu dövlətin daxilində gedən siyasi prosesdir, buna görə əlavə şərh ola bilməz”, - XİN rəsmisi vurğulayıb.