Almaniya 7 il əvvəl Rusiya tərəfindən qanunsuz olaraq ilhaq edilən Krımın Ukraynaya qaytarılmasını tələb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert açıqlama verib.
Zaybert Rusiyanın Krımı “ilhaq” etməsindən 7 il keçdiyini xatırladıb:
“Bu ilhaqla Rusiya beynəlxalq hüququn əsas prinsiplərini pozdu və İkinci Dünya Müharibəsindən sonra formalaşan Avropa nizamını şübhə altına saldı. Biz Rusiyanı Ukraynanın Krım ərazisində suverenliyini təmin etməsini qəbul etməyə çağırırıq”.
Seibert Rusiya hökumətindən ölkədəki bütün siyasi məhbusların sərbəst buraxılmasını tələb edərək, insan haqlarına hörmət etməyə çağırıb.
Rusiya Ukrayna və Avropa Birliyinin (AB) qanunsuz hesab etdiyi referendumdan sonra – 2014-cü il martın 18-də Ukraynanın iki milyondan çox əhalisi olan Krım bölgəsini “ilhaq” edib.
AB və ABŞ bundan sonra Rusiyaya qarşı hələ də qüvvədə olan bir sıra sanksiyalar tətbiq edib.