19 Mart 2021 12:56
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin koronavirusla bağlı çıxışında yol verdiyi yanlışlıq müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, Amerika lideri müzakirə yaradan yanlışı Ağ Evdə xalqa müraciətində edib.

Co Bayden çıxışında ABŞ prezidentinin I vitse-prezident Kamala Harris olduğunu söyləyib.

ABŞ prezidenti ötən günlərdə müdafiə naziri Lloyd Austinin də adını unutmuşdu. Austinin adını unudan Bayden çıxışında: “Şey...şey... Keçmiş general”, ifadəsinə yer vermişdi.

Bu dəfə isə o, ABŞ-da özünün prezident olduğunu unudub.

Qısa fasilədən sonra davam edən Baydenin çıxışı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Video ən qısa müddətdə izləmə rekordu qırıb.

Olayın videogörüntüsünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər