28 Oktyabr 2014 11:38
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Kobani şəhərində 16 iyul -26 oktyabr tarixlərində 815 nəfər öldürülüb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə açıqlamanı İngiltərədəki Suriya İnsan Haqları Təşkilatı yayıb. Məlumata görə, ölənlərdən 587 nəfər İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının döyüşçüsü, 313-ü isə kürd qüvvələrinin əsgərləridir.

Bundan əlavə döyüşlər zamanı 21 mülki şəxs də həlak olub ki, onlardan 17-si İŞİD militanları tərəfindən edam edilib. Ölən 21 kürddən 2-si azyaşlıdır.

Samir


Müəllif:

Oxşar xəbərlər