ABŞ-ın Kolorado ştatının Boulder şəhərində yerləşən supermarketdə baş verən atışma 10 nəfərin ölümü ilə nəticələnib.
Teleqraf.com xəbər verir ki, bu barədə Boulder şəhər polis idarəsi Tvitterdə açıqlama yayımlayıb.
Bundan əvvəl KİV-lər hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşı da daxil olmaqla ən azı altı nəfərin öldüyünü yazmışdı.
Qeyd edək ki, “King Soopers” supermarketinin yaxınlığında naməlum şəxs atəş açdıqdan sonra mağaza binasına daxil olaraq insanları güllələyib. Hadisəni törədən şəxs saxlanılıb.
Ağ Evin sözçüsü Cen Psaki, ABŞ prezidenti Co Baydenin hadisə ilə əlaqədar məlumatlandırıldığını söyləyib.