28 Mart 2021 10:57
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanmada baş verənlər ABŞ-ı dəhşətə gətirib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Myanmada baş verənləri şərh edərkən deyib.

Dövlət katibi Myanmada mülki hökuməti devirdikdən sonra etirazlara qalxan əhalini atəşə tutan hərbçilərə sərt reaksiya verib. Dövlət çevrilişinə gedənləri “terror səltənəti” kimi qiymətləndirən Blinken “Bu ölkədə yaşananlar bizi dəhşətə gətirib” ifadəsini işlədib.

Qeyd edək ki, Myanmada hərbi rejimə qarşı başlayan etirazlarda hüquq-mühafizə orqanları xalqa atəş açıb. İlkin məlumata görə, 114 mülki insan öldürülüb.


Müəllif: Cavad

Oxşar xəbərlər