30 Mart 2021 13:51
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın donanmasını modernləşdirmək üçün başlatdığı 5 milyard avroluq freqat satın alma proqramı lağa qoyulub.

Teleqraf.com xəbər verir ki, Yunanıstanı “dilənçi” adlandıran ABŞ-ın Afinadakı keçmiş hərbi attaşesi Robert Palmın adı böyük bir qalmaqala qarışıb.

Palmın Tvitter hesabında Yunanıstan donanması üçün hansı freqatların alınacağı ilə bağlı etdiyi paylaşımı sosial şəbəkənin yunan istifadəçilərinin reaksiyasına səbəb olub. Bir yunan istifadəçi Tvitterdə iki fərqli freqatın şəklini paylaşaraq “Mənim istədiyim”, “Mənə verilən” qeydini paylaşıb.

Paylaşılan şəkillərdən birində ABŞ-ın ən müasir döyüş gəmilərindən biri olan “Arleigh Burke” tipli esmines, ikinci görüntüdə isə sahil mühafizəsi məqsədi ilə istifadə olunan köhnə “MMSC” freqatına yer verilib. Bu mesaja cavab olaraq Palm “Dilənçilər seçici ola bilməz” qeydini yazıb.

Palman kəskin reaksiyalardan sonra tvitini silib və üzr istəyib. Bir çox yunan istifadəçisi Palmın üzrünün saxta olduğunu və Yunanıstan hökumətinin Fransa freqatlarını seçməli olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər