30 Mart 2021 18:15
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-Çjon ölkəsinin ballistik raket testini tənqid edən Cənubi Koreya dövlət başçısı Moon Jaeni ABŞ “tutuquşu”suna bənzədib.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.

Kim Yo-Çjon Cənubi Koreya rəhbərinin şərhlərini əsassız olmaqla yanaşı ABŞ-ın təqlidi kimi qiymətləndirib.

“Onun həyasızlığına təəccübümüzü gizlədə bilmərik. ABŞ-da yetişdirilən tutuquşu olduğuna görə qüruru yaltaqlanmağa qarşı ola bilməz”, - Şimali Koreyanın ikinci adamı deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər