Türkiyədə təqaüddə olan on admiral həbs edilib.
Teleqraf.com xəbər verir ki, saxlanılan şəxslər Montrö razılaşmasına dair müraciətə imza edən 104 admiral siyahısında olan hərbçilərdir.
Xatırladaq ki, Montrö razılaşması ilə bağlı müzakirələrin ardınca müraciət yayan 104 təqaüddə olan admiralla bağlı araşdırma aparılır. Bu çərçivədə bu gün səhər saatlarında aralarında Cem Gürdəniz, Mustafa Özbey və Qadir Sağdıç olmaqla 10 nəfər həbs edilib.
Saxlanılan şəxslərin evlərində də axtarışlar aparılıb.