10 Aprel 2021 01:53
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstanda matəm günüdür.

Teleqraf.com xəbər verir ki, qonşu ölkədə aprelin 7-də faciəvi şəkildə ölən Abxaziyanın Qali rayonunun sakinləri olan 4 Gürcüstan vətəndaşının xatirəsi anılır.

Gürcüstan miqyasında bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.

Xatırladaq ki, həlak olan şəxslər işğal altında saxlanılan Abxaziyadan İnquri çayı vasitəsilə Gürcüstanın nəzarətindəki əraziyə keçməyə cəhd edərkən boğularaq ölüblər. Onların ikisi 30 yaşlı qadın, ikisi isə 47 və 52 yaşlı kişilərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər