10 Aprel 2021 19:58
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doğum gününü qeyd etməklə karantin qaydalarını pozan Norveçin Baş naziri Erna Solberq cərimə edilib.

Teleqraf.com xəbər verir ki, baş nazir bu hərəkətinə görə, 2350 dollar pul cəriməsi ödəməli olacaq.

Norveç Daxili İşlər Nazirliyinin sözçüsü Ole Saverud bildirib ki, baş nazir 2021-ci ilin fevralın 27-də restoranda ad günü keçirərək 13 nəfərlə birlikdə eyni masada əyləşib. Bununla da COVID-19-la bağlı qoyulan qadağanı pozub.

Norveçin qanunları önündə hər kəsin bərabər olduğunu, rəsmilərin isə daha çox cəmiyyətə nümunə olmalı olduğunu xatırladan sözçü Baş nazir Solberqin məsuliyyətini xatırlatmaq üçün 20 min kron (2350) dollar cərimə olduğunu açıqlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər