14 Aprel 2021 00:39
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada 59 187 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 3 962 760 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 273 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 34 455 nəfərdir.

Hazırda ölkə üzrə 503 572 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 2951 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 424 733 nəfər (son sutkada 52 104 nəfər) müalicə olunaraq sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər