Ukraynaya Pilotsuz Uçuş Aparatı (PUA) satdığına görə Türkiyəyə xəbərdarlıq edən Rusiyaya konkret cavab verilib.
Teleqraf.com xəbər verir ki, Türkiyədən yüksək səviyyəli diplomatik mənbələr “Rusiya da PUA almaq istəsə, onlara da satarıq” cavabını verib.
Yerli hərbi sənaye məhsulları almaq istəyən ölkə və ya şirkətlər arasında ayrı-seçkilik edilmədiyini xatırladan diplomatik qaynaqlar Rusiyanı nəzərdə tutaraq bildiriblər ki, şərtlərdə anlaşılmazlıq olmazsa, satış həyata keçirilə bilər: “Digər ölkələr kimi ön şərt qoyan dövlət deyilik. Kim almaq istəsə, satışı həyata keçirərik”.
Xatırladaq ki, Türkiyə 2019-cu ildə Ukraynaya 6 ədəd "Bayraqdar TB2" model dron satıb. Son günlər bu dronlar Donbas üzərindən uçub.
Ukrayna müdafiə və kəşfiyyat xidmətinin sədr müavini Yuri Misyaqin bildirib ki, Donbas üzərində ilk uçuş həyata keçirən "Bayraqdar TB2" düşmənin Pantsir-S1, S-125 və Tor raketini məhv edib.