Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu açıqlamanı tamamilə rədd edirik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinə cavab olaraq yazıb.
“Tariximiz haqqında kimsədən dərs alası deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı ən böyük xəyanətdir”, - deyə Çavuşoğlu qeyd edib.