30 Aprel 2021 19:41
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın şərqində yerləşən Lohar əyalətində partlayış törədilib, ölən və xəsarət alanlar var.

Teleqraf.com xəbər verir ki, bu barədə 1TV telekanalı yerli hakimiyyətə istinadən xəbər yayıb.

Bildirilib ki, hadisə əyalətin paytaxtı Pol-e Alam şəhərində qeydə alınıb.

Partlayış zamanı ən azı 30 nəfər ölüb, 60-dan çox insan xəsarət alıb.

Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər