NATO son 25 ilin ən böyük hərbi təlimlərindən biri olan “Defender Europe-21” üçün hazırlıqlarını başa çatdırır.
Teleqraf.com xəbər verir ki, təlimdə Türkiyə də daxil olmaqla 26 ölkə iştirak edəcək.
Balkan yarımadası 17 may-2 iyun tarixlərində baş tutacaq bu ilki NATO təlimlərinin mərkəzidir.
Təlimdə iştirak edəcək ölkələrə texnika və sursatların tədarükü mart ayında başlayıb.
Təlimlər çərçivəsində ABŞ döyüş təyyarələri Yunanıstan-Türkiyə sərhədlərinə enib.
ABŞ Donanmasının bir döyüş gəmisi bu məqsədlə Albaniyanın Durres limanına çatdırılıb.
İngiltərə hərbi gəmisinin də, yaxın vaxtlarda limana gələcəyi açıqlanıb.
Türkiyənin də iştirak edəcəyi məşqlərdə 21-i NATO üzvü olan 26 ölkə iştirak edəcək.
Təlim 12 ölkədə 28 min əsgərin iştirakı ilə keçiriləcək.
Bosniya-Herseqovina, Kosovo, Moldova, Ukrayna və Gürcüstan NATO üzvü olmalarına baxmayaraq, “Defender Europe 21” -ə qatılan ölkələr arasındadır.
ABŞ liderliyindəki hərbi məşqlər “Rusiyaya gözdağı” adlandırılır.