Almaniya Kansleri Angela Merkel Rusiyanın təcavüzkar davranışlarından danışıb.
Teleqraf.com xəbər verir ki, kansler Rusiyanı Avropa ölkələrinə qarşı düşmənçilikdə ittiham edib.
Merkel pandemiya, iqlim, Çinin iqtisadi və siyasi güclənməsi və Rusiyanın aqressiv davranışlarının ciddi problemlər yaratdığını bildirib.
Kansler Avropa-Rusiya münasibətlərindəki problemlərə görə məsuliyyətin Moskvanın üzərinə düşdüyünü vurğulayıb.
“Münasibətlərdəki gərginliyə Rusiyanın təcavüzü nəticəsində Ukraynada sabitliyin pozulması və Avropa Birliyinə üzv dövlətlərə qarşı düşmən davranışları səbəb olub”, - Merkel qeyd edib.