9 May 2021 21:27
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda yağan güclü leysan yağışları, dolu və qar ciddi problemlər yaradıb.

Teleqraf.com xəbər verir ki, güclü dolu Tetricqaro rayonunda və rayonun bir neçə kəndində ağaclara və əkin sahələrinə ciddi ziyan vurub. Nəticədə evlərin dam örtüyünə də ciddi ziyan dəyib.

Rayon bələdiyyəsindən verilən məlumata görə, dəyən zərərin hesablanması üçün komissiya sabah səhər saatlarında işə başlayacaq.

Kaxeti bölgəsinin bir neçə kəndinə də dolu düşüb. Dolu kəndlərdə kənd təsərrüfatı məhsulları sahələrinə, eləcə də fərdi təsərrüfatlara, üzüm bağlarına ciddi ziyan vurub.

Güclü külək və dolu Saqareco və Qurcaani rayonlarında da ciddi problemlər yaradıb.

Bölgələrdə güclü külək evlərin dam örtüyünü də qoparıb.

Gürcüstanın Quria bölgəsinin Baxmaro qəsəbəsinə isə qar yağıb.

Sinoptiklər isə hava şəraitinin mayın 10-da da qeyri sabit olacağını, yağış və dolu yağacağını bildirirlər.

Artıq əhaliyə bununla əlaqədar xəbərdarlıq olunub.


Müəllif: Teleqraf.com