ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması Oman dənizində keçirdiyi əməliyyatla qanunsuz silah tədarükünün qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Açıqlamada 5-ci Donanmaya bağlı olan “USS Monterey” (CG 61) döyüş gəmisinin 6-7 may tarixlərində Oman dənizinin şimalındakı beynəlxalq sularda bayraqsız üzən bir ərəb gəmini ələ keçirdiyi bildirilib.
Müsadirə olunan gəminin qaçaqmalçılıq yolu ilə silah-sursat apardığı, ələ keçirilən silahlar arasında Rusiya istehsalı olan idarəolunan tank əleyhinə raketlər, minlərlə Çin istehsalı olan “Tip 56” döyüş avtomatları, yüzlərlə “PKM” pulemyotu, snayper tüfəngləri və “RPQ” olduğu deyilib.