Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan lideri Sadır Japarovla telefonda danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin saytında məlumat verilib.
Söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Putin və Japarov ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də Qırğızıstan və Tacikistan sərhədindəki münaqişə ilə bağlı vəziyyəti müzakirə ediblər.
Vladimir Putin bildirib ki, Rusiya Qırğızıstana sərhəd münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması üçün lazımi kömək göstərməyə hazırdır.
İki ölkənin liderləri Japarovun may ayının sonunda Moskvaya səfəri barədə razılığa gəlib.