UkraynaPrezidenti Vladimir Zelenski milli kiber qoşun bölməsinin yaradılması haqqında fərmanı imzalamağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat yayıb.
Onun sözlərinə görə, qərar qapalı iclas iştirakçılarının 21-i tərəfindən yekdilliklə dəstəklənib: "Fikrimcə, yaxın zamanda prezidentin bununla bağlı fərmanı olacaq".
Aleksey Danilov qeyd edib ki, müzakirə mövzuları arasında Ukraynanın kibertəhlükəsizliyi strategiyası, ölkənin bioloji təhlükəsizliyi məsələləri də olub.