YPG/PKK tərəfdarları Türkiyənin İraqın şimalındakı terror hədəflərinə qarşı əməliyyatlarına sərt reaksiya göstərilmədiyi üçün Suriyanın Malikiyyə qəsəbəsində ABŞ ordusuna aid hərbi avtomobilləri daşlayıb.
Teleqraf.com xəbər verir ki, Malikiyyə qəsəbəsində Türkiyənin Şimali İraqda keçirdiyi əməliyyatlara etiraz etmək və terrorçuların lideri Abdulla Öcalana dəstək vermək məqsədilə bir qrup kürd yürüş keçirib.
Bu zaman ərazidən ABŞ ordusuna aid konvoy keçib. YPG/PKK tərəfdarları hərbi konvoya daşlarla hücum edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin xarici əlaqələr üzrə müşaviri Joey Hood rəsmi heyətlə birlikdə ötən gün Suriyada YPG/PKK terror təşkilatının nəzarət etdiyi ərazilərə səfər edib. Məlumata görə, ABŞ heyəti YPG/PKK liderləri ilə görüşlər keçirib.