Macarıstan hökuməti koronavirusa qarşı vaksinləmə kampaniyasının təbliğinə və informasiya dəstəyinə təxminən 30 milyon avro xərcləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Magyar Nemzet” qəzetinin bazar günü buraxılışında məlumat verilib.
“Ölkə rəsmiləri aktiv informasiya dəstəyi vasitəsi ilə vətəndaşların diqqətini vaksinlənmənin və qeydiyyatın vacibliyinə yönəldib”, - məlumatda deyilir.
Macarıstan hökuməti hesab edir ki, informasiya kampaniyaları vaksinləmə proqramının uğurla icra olunmasına əhəmiyyətli töhfə verəcək.