2 Noyabr 2014 01:25
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail bu gün Kərəm Əbu Salim və Beyt Hanun sərhəd-keçid məntəqələrini bağlayacaq.

Teleraf.com-un "Anadolu" agentliyinə istinadən xəbərinə görə Əbu Salim sərhəd-keçid məntəqəsinin direktoru Münir əl-Galban İsrail rəhbərliyinin heç bir səbəb göstərmədən bu gün sərhəd-keçid məntəqəsinin bağlanacağına dair xəbərdarlıq məktubu göndərib. Galban onlara məntəqənin nə qədər müddətlə bağlı qalacağına dair məlumat verilmədiyini də bildirib.

Qəzzalıların Qərbi Şəriyəyə keçmək üçün istifadə etdiyi Beyt Hanun (Erez) sərhəd məntəqəsinin də bağlanılacağını söyləyən Gulban məntəqənin yalnız müstəsna hallarda açılacağını qeyd edib.

HƏMAS-ınn 2007-ci ildə Qəzzada hakimiyyətə gəlməsinin ardından 4 sərhəd qapısını bağlayan İsrail rəhbərliyi mal və qida keçidinin təmini üçün yalnız Kərəm Əbu Salamın açıq qalmasına icazə vermişdi. Ancaq İsrail zaman zaman fərqli səbəblər gətirərək sərhəd qapısını müddətsiz bağlayır. Qəzzanın xarici dünyayla əlaqəsini təmin edən digər qapı - Beyt Hanundur. Bu qapıdan qəzzalılar Qərb Şəriyəyə gedirdi.

Nihad


Müəllif:

Oxşar xəbərlər