3 Noyabr 2014 09:27
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun Cənubi Koreyanın prezidenti ola bilər.

Axar.az xəbər verir ki, Cənubi Koreyada iqtidar partiyasının bəzi millət vəkilləri BMT Baş katibinin 2017-ci ildə prezident olması üçün hazırlıq işləri aparır.

Qeyd edək ki, Pan Gi Munun BMT-dəki vəzifəsi 2016-cı ildə sona çatır. Munun 2 il öncədən nə edəcəyi indidən müəyyənləşdirilir.

Ölkədə son bir ildə aparılan anket sorğularında da Mun xalqın böyük dəstəyini alır. Ekspertlərin fikrincə, iqtidar müxalifətə qarşı güclü rəqib çıxara bilməməsi səbəbindən Muna üstünlük verib.


Müəllif:

Oxşar xəbərlər