Şimali Koreya lideri Kim Çen In son bir ayda ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (CTAC) məlumat verib.
Kim Çen KXDR Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasına rəhbərlik edib və iyun ayının ilk ongünlüyündə partiyanın Mərkəzi Komitəsinin plenumunun keçirilməsinə qərar verib.
Kim Çen Inın yenidən yoxa çıxması faktını Cənubi Koreya Nazirlər Kabinetinin sözçüsü Li Çon-Çu açıqlamışdı.
O, ictimaiyyət qarşısında axırıncı dəfə mayın 6-da görünmüşdü.
KXDR liderinin uzun müddət ictimaiyyət qarşısında görünməməsi ilk dəfə deyil. 2020-ci ilin yazında bir müddət gözdən uzaq olması ölkə lideri haqda səhhətinin ağırlaşması söz-söhbətə səbəb olmuşdu. Bundan sonra Km Çen In aprelin 11-dən yoxa çıxdı, 20 gün sonra yeni fotoşəkilləri yayımlandı.