Kütləvi tədbirlərin keçirilməsinə icazə yalnız əhalinin yarısı peyvənd olunandan sonra verilə bilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Cov İran Barakat” peyvəndinin hazırlanması üçün mütəxəssislərdən ibarət qrupun üzvü Mina Mehrazi deyib. O bildirib ki, yaxın günlərdə yaşı 18-dən aşağı olanlara “Cov İran Barakat” peyvəndi vurulacaq. Bu peyvəndin səmərəliliyi və təsirli olması kliniki sınaqlar zamanı özünü göstərib. Peyvənd vurulması həyata keçirildikdən sonra məktəb və universitetlərdə tədris prosesini başlamaq olar.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə, son sutka ərzində 6442 nəfər koronavirusa yoluxub, 128 nəfər isə həyatını itirib. Bununla da İranda yoluxanların ümumi sayı 2 milyon 960 min 751 nəfərə, yoluxaraq ölənlərin sayı isə 80 min 941-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3808 xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicə alan 2 milyon 537 min 92 nəfər isə sağalaraq evə buraxılıb.
Son 3 həftə ərzində İranda koronavirusa yoluxma və ölün hallarında azalma müşahidə edilir.