10 İyun 2021 20:00
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Türkiyə ilə düzgün oynamır. Dövlət katibi Entoni Blinken çıxıb sayıqlayır, az qala Türkiyəni hədələmək istəyir ki, niyə S-400 komplekslərini almısınız. “Patriot” sistemlərini verməməsiniz Türkiyə nədən bunun alternativini almamalıdır? ABŞ silah inhisarçılığına görə başqa dövlətləri cəzalandırır. Onlar deyirlər ki, mən satıram, sən almalısan. Bunların əsas marağı dünyanı silahlandırmaqdır”.

Bu fikirləri politolo Cümşüd Nuriyev Teleqraf.com-a ABŞ-Türkiyə münasibətləri çərçivəsində Prezident Baydenlə türkiyəli həmkarı Ərdoğanın nəzərdə tutulan görüşünü şərh edərkən deyib.

Politoloq əmindir ki, ABŞ və Türkiyə liderlərinin görüşündə Qafqaz məsələsi, Rusiya, İraq, Suriya və Liviyadakı proseslər, habelə Şərqi Aralıq dənizi, qaz yataqları, bu dənizə sahiblənmək kimi məsələlər diqqətə alınacaq.

Onun fikrincə, iki lider Montro sazişinə də toxuna bilər: "Mən gizli nələrin danışılacağını deyə bilmərəm, amma hazırda Türkiyə ağ atın belində olan qəhrəman statusundadır. Yəni Türkiyənin qarşısını kimsə ala bilməyəcək. Bu dəqiq belədir”.

Mütəxəssis qeyd edib ki, həm Rusiya, həm də ABŞ başa düşməlidir ki, Qafqazda əsas oyunçu Azərbaycandır: “Azərbaycanda artıq Türkiyəni seçib. Gürcüstanda Rusiyanın əlindən çıxıb. Bu halda yalnız Ermənistanla Qafqazı əldə saxlamaq mümkün olmayacaq. Rusiya düzgün addım atmasa bütövlükdə Qafqazı itirəcək. Bu kimi məqamlarda ABŞ-Türkiyə liderlərinin görüşündə diqqətə alına bilər”.

Politoloq xatırladır ki, ABŞ Minsk Qrupunu ayaq üstə tutmağa çalışır: “Bu tərəfdən də Türkiyə faktoru var. Minsk Qrupuna Rusiya, Fransa, elə ABŞ-da sahiblənmək istəyir. Nədən Türkiyə sahiblənməsin? Türkiyə 600, Rusiya 300, ABŞ isə 200 illik imperiyadır. Burada imperiyaların qarşıdurması gedir. Mən bu prosesdə daha təcrübəli Türkiyəni görürəm. Türkiyə bütün istiqamətlərdə uğurlu hərəkət edir”.


Müəllif: Nemət

Oxşar xəbərlər