11 İyun 2021 12:07
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Afrikanın Sahel bölgəsində 2014-cü ildən bəri terrorizmlə mübarizə çərçivəsində davam edən hərbi əməliyyatların bitdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Makron bölgədəki Fransa hərbi qüvvələrinin çıxarılacağını bildirib.

“Vaxt gəldi. Saheldəki öhdəliyimizin yerinə yetirilməsi eyni şəkildə olmayacaq”, - Makron deyib.

Fransa prezidenti qeyd edib ki, hərbi əməliyyatlar bitsə də, bölgə ölkələrindən istəyənlərlə əməkdaşlığa davam edəcəklərini söyləyib.

Hazırda Fransanın Sahel bölgəsində terror təşkilatlarına qarşı mübarizə çərçivəsində 5100 canlı qüvvəsi var. Fransız ordusu 2013-cü ildən bəri Mali, Mavritaniya, Niger, Burkina Faso və Çaddakı qüvvələrə dəstək verir.

Fransa 2013-cü ilin əvvəlində Malidə “Serval” adlanan hərbi əməliyyatdan sonra - 2014-cü ildə “Barxane” əməliyyatına başlayıb. 2013-cü ildən bəri keçirilən əməliyyatlarda 50 fransız hərbçisi ölüb.

Fransa, Afrikanın Sahel bölgəsində terrorizmlə mübarizəni dəstəkləmək üçün Mali, Mavritaniya, Çad, Burkina Faso və Niger tərəfindən qurulan ”G5 Sahel Force” adlı 5 min nəfərlik ordunun qurulmasına rəhbərlik edib.

Bölgədə neft, qaz, uran, almaz, fosfatlar, boksit, plutonium, mis və kobalt kimi zəngin təbii ehtiyatların mövcudluğu münaqişənin əsas səbəblərindən biri kimi qəbul edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər