15 İyun 16:53
234

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin haqda danışıb.

Teleqraf.com xəbər verir ki, o, Rusiya liderini “ağıllı və çətin rəqib” adlandırıb.

“Vladimir Putin ağıllı, çətin və dəyərli bir rəqibdir”, - Bayden bildirib.

Amerika lideri Putinə qarşı işlətdiyi “qatil” ifadəsi ilə bağlı bunu söyləyib: “Bunun keçirəcəyimiz görüş üçün çox əhəmiyyətli olduğunu düşünmürəm”.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri arasında görüş sabah Cenevrədə keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu