ABŞ-ın çoxhədəfli 5-ci nəsil F-35C qırıcısı Sakit okeandakı Nimitz təyyarədaşıyan gəmisinin göyərtəsinə enib.
Axar.az xəbər verir ki, bu hadisə yüksək texnologiyalı təyyarələrin inkişaf etdirilməsində vacib etap hesab olunub.
Pentaqondan verilən məlumata görə, yeni qırıcının sınaq müddəti hələ iki həftə davam edəcək və noyabrın 17-də başa çatacaq.
Təyyarənin ABŞ dəniz aviasiyasına isə 2018-ci ildə veriləcəyi bildirilib.