İranda ondan çox şəxsdə koronavirusun Hindistanda ortaya çıxan yeni Delta ştammının təspit olunduğu bildirilir.
Teleqraf.com xəbər verir ki, İSNA agentliyinə danışan Məşhəd Səhiyyə Elmləri Universitetinin rektoru köməkçisi Mehdi Kelyan faktı təsdiq edib.
O, təəssüflə deyib ki, Məşhəd şəhərində 10-dan çox şəxsdə Delta variantına yoluxma müəyyən edilib.
Testlərin araşdırılması üçün Tehrana göndərildiyinnə diqqət çəkən Kelyan bildirib ki, bu xəstələrin koronavirusun Delta ştammına tutulduğuna əminik, ancaq qəti təyinetmə Tehranda olmalıdır.
Qeyd edək ki, ilk dəfə Hindistanda ortaya çıxan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən narahatedici “yenilik” kimi qiymətləndirilən COVID-19-un yeni ştamMı olan Delta sürətli yayılma imkanına malikdir.