2 İyul 2021 21:57
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukraynadan çox sayda silah gəldiyinə görə bu ölkə ilə sərhədi tamamilə bağlamağı tapşırıb.

Teleqraf.com xəbər verir ki, məlumatı “BelTA” yayıb.

A. Lukaşenko Müstəqillik günü münasibətilə təşkil edilən mərasimdə çıxışı zamanı bildirib:

“Ukraynadan Belarusa külli miqdarda silah daxil olur. Ona görə də, sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tam şəkildə bağlamağı tapşırmışam. Ölkədə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvaya aidiyyatı olan terror hücrələri aşkar edilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər