6 İyul 2021 13:12
4 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevi ad günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, təbrik mesajında ​​Paşinyan Nazarbayevin zəngin siyasi təcrübəsinin, müdrikliyinin və məqsədyönlülüyünün dost Qazaxıstanın inkişafına və çiçəklənməsinə töhfə verəcəyinə inandığını bildirib.

“Mən Ermənistan və Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığımızı intensivləşdirməyə hazır olduğumu təsdiq edirəm ki, bu da xalqlarımızın maraqlarına tam uyğundur” – deyə Ermənistan hökumətinin saytında dərc olunan təbrikdə deyilir.

Xatırladaq ki, N.Nazarbayev 2019-cu ilin martında prezident vəzifəsindən istefa verib. Hazırda ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik edir və “Nur Otan” partiyasının sədridir.

Bu gün onun 81 yaşı tamam olur.


Müəllif: Səxavət

Oxşar xəbərlər