10 İyul 2021 19:32
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhalisinin sayı təqribən 12 milyon olan Tunisdə son sutkada COVID-19-dan 10 mindən çox yeni yoluxma, 134 ölüm faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Qonşu ölkələr – Misir və Səudiyyə Ərəbistanı səhiyyə sistemi pandemiyanın öhdəsindən gələ bilməyən Tunisə təcili yardımlar təklif ediblər.

Tunis Səhiyyə Nazirliyinin sözçüsü Nisaf Ben Alaya pandemiya ilə əlaqədar fəlakətli vəziyyətin yarandığını bəyan edib. O bildirib ki, ölkənin səhiyyə sistemi çöküb və COVID-19-a yoluxanlar üçün xəstəxanalarda yer tapmaq mümkün deyil.

Tunis Prezidenti Kais Said Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bəyanatını minnətdarlıqla qarşılayıb. Ər-Riyad bəyan edib ki, ağır vəziyyətdə olan Tunisə təcili şəkildə vaksin və tibbi ləvazimatla dolu təyyarələr göndəriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər