12 İyul 2021 22:24
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudan hakimiyyəti öz ərazilərində Rusiya Hərbi Dəniz Qüvvələri bazasının yaradılması barədə razılaşmanın təsdiq edilməsi məsələsinə baxmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə sudanlı həmkarı Mariyam əl-Mehdi ilə danışıqlardan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Diplomat sazişin təsdiqlənməsi prosesinin artıq Moskvada başladıdığını söyləyib.

Onun sözlərinə görə, bu sənədə baxılma qrafiki parlament tətili bitdikdən sonra müəyyənləşdiriləcək:

“Xanım nazir Sudanın da təsdiqləmə müddətinə başlamağa hazırlaşdığını dedi. Bu, Sudan parlamentində mövcud olan prosedurlara uyğun olaraq həyata keçiriləcək”.

Qeyd edək ki, Sudan hökuməti bundan əvvəl Rusiya ilə imzalanmış sözügedən sazişi təsdiqləməkdən imtina etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər