17 İyul 2021 14:14
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talibandan qaçan əfqanların mümkün axınına qarşı Türkiyə-İran sərhəd xəttinə 20 min hərbi qüvvə cəlb olunub.

Teleqraf.com xəbər verir ki, sərhəd xətti 24 saat dronlar tərəfindən izlənilir.

Türkiyə Taliban hərəkatının Əfqanıstanda hərəkətə keçməsindən sonra Şərq mümkün kütləvi miqrasiyaya qarşı şərq sərhədkərində ciddi təhlükəsizlik tədbirləri görməyə başlayıb. Xüsusilə Türkiyə-İran sərhəd xəttində tədbirlərin artırıldığı bildirilib.

İran sərhəd xətti boyunca modul beton divarları, möhkəmləndirilmiş panel çəpərləri, elektro-optik qüllələr 24 saat müşahidə olunur.

Sözügedən sərhəd xəttində 20-yə yaxın sərhəd taboru yerləşdirilib və əlavə qüvvələr bölgəyə göndərilib. Bölgədə sərhəd xəttinin təhlükəsizliyi ilə məşğul olacaq hərbi personalın sayı 20 minə çatıb.

2020-ci ildə 127 min 434 nəfərin sərhədi qanunsuz keçməsinin qarşısı alınıb. Bu ilin ilk 6 ayında 51 min 122 nəfərin İran sərhədini keçməsinin qarşısı önlənib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər