Əfqanıstanın Qəndəhar vilayətinin Spin-Boldak bölgəsi Taliban hərəkatı tərəfindən ələ keçirildikdən sonra sonra sözügedən ərazilərdə yaşayan yüzdən çox dinc sakini öldürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Novosti” agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Daxili İşlər Nazirliyinin sözçüsü Mirvais Stanekzay naməlum şəxslərin Pakistanın Pəncab bölgəsindən Əfqanıstana keçdiyini, mülki insanlara hücum edərək evlərinə qarət etdiklərini və yüzlərlə günahsız insanı öldürdüklərini bildirib.
Taliban mülki şəxslərin qətllərində iştirakını inkar edir.
Bundan əvvəl Pakistanla sərhəddəki Spin-Boldak bölgəsi Taliban tərəfindən ələ keçirilsə də, daha sonra yenidən hökumət qüvvələrinin nəzarətinə keçib. Pakistan-Əfqanıstan sərhədindəki Spin-Boldak bölgəsi ticarət baxımından strateji mövqeyə sahibdir.