27 İyul 2021 12:54
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xuzistan əyalətində içməli su tələbi ilə keçirilən nümayişlər Kərəcə sıçrayıb.

Teleqraf.com xəbər verir ki, dünəndən etibarən sözügedən bölgədə Xuzistan sakinlərinə dəstək aksiyası başlayıb.

Minlərlə etirazçı küçələrə yürüş edərək, Xuzistanın etnik ərəb sakinlərinin İranın dini-siyasi rejiminə qarşı başladığı nümayişlərə dəstək verərək, hakimiyyətdən problemlərin həllini tələb ediblər.

Aksiyada “Diktatora ölüm”, “Mollalar kəfənlənməyincə bu vətən vətən olmayacaq” və sair bu kimi şüarlar səsləndirilib. İranın təhlükəsizlik orqanlarının əməkdaşları aksiyaya müdaxilə ediblər.

Bundan əvvəl Güney Azərbaycanda da Xuzistana dəstək aksiyaları başlayıb. Bir neçə gün əvvəl başlayan nümayişlərin davam etdiyi bildirilib.

Güneydəki mitinqlərdə çox sayda milli fəal və etirazçı İran hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Bölgədə vəziyyətin kəskinləşməsindən sonra internetin verilməsinə qeyri-rəsmi məhdudiyyətlər tətbiq olunmağa başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər