29 İyul 2021 12:30
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədəki meşə yanğınları davam edir.

Teleqraf.com xəbər verir ki, Osmaniyənin Dərəobası meşəsində baş verən yanğında şübhəli bilinən 5 nəfər saxlanılıb.

Dərəobası kəndində meşədə başlayan və küləyin təsiri ilə böyüyən yanğınının söndürülməsinə helikopterlər, çox sayda çiləyici və meşə təsərrüfatı işçisi cəlb edilib. 10 saatdan sonra ikinci meşə yanğını nəzarətə alınıb.

Lakin Dərəobası kəndi yaxınlığında meşə sahəsində başlayan yanğın qısa müddətdə böyüyüb. Yerli sakinlər təxliyə ediliblər.


Müəllif: Aysel Azad