3 Avqust 2021 20:42
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş baş naziri Temir Sariyev Kumtor qızıl mədəni ilə bağlı korrupsiya işi ilə əlaqədar saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət Kumtor yatağının istismarı layihəsinin müxtəlif mərhələlərində korrupsiya faktları ilə bağlı araşdırma aparıldığını xatırladıb.

“İstintaqın nəticələrinə və əldə edilmiş sübutlara əsasən, avqustun 3-də istintaq Sariyevin saxlanılmasına qərar verib. O, Milli Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib ”.

İstintaqa görə, həmin dövrdə iqtisadiyyat naziri və eyni zamanda müvafiq Dövlət Komissiyasının sədri olan Sarıyev Kumtor mədəninin istismarından ekologiyaya dəymiş ziyanın həcmini bir neçə milyard som azaldıb.

Bundan əvvəl Qırğızıstanın keçmiş prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev Kumtor qızıl mədəninin istismarında korrupsiya işi ilə əlaqədar axtarışa verilmişdilər.

Akayev dünən Bişkekə gətirilib. Milli Təhlükəsizlik Xidməti tərəfindən dindirildikdən sonra, bu işlə bağlı sualları cavablandırdığını və istintaqa kömək etmək istədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər