7 Noyabr 2014 12:15
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İŞİD”-in ingiliscə qısaltması “ISIS” yazılır və Belçikanın məşhur şokolad istehsalçısının eyni ilə bu cür yazıldığı üçün ziyana düşən şirkət adını dəyişdrimək məcburiyyəyində qalıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, adının “İŞİD”-in ingilis varianti olan “ISIS” şokolad şirkəti son bir il içində milyonlarla avro ziyana gedib və 1923-cü ildən bu yana daşıdığı adı dəyişdirir. Şirkət rəsmiləri adı Italo Suissedən gələn markaya rəğbətin azaldığını və bunun sifarişlərdə də hiss olunduğunu bildirb.

Şirkətin açıqlmasında qeyd edilir ki, nə ABŞ-dan, nə də İngiltərədən gözlənilən sifarişlərin olmayıb və şokoladın üzərində ISIS adının həkk olunması müştəriləri narahat edir. Həmçinin, şirkətin adına görə keçən il 2-3 milyon avro ziyan dəydiyi vurğulanıb.

Şirkət adını 3-cü nəsil sahibinin soyadı olan Libert olaraq dəyişdirməyə qərar verib.

AZAD


Müəllif:

Oxşar xəbərlər