14 Avqust 2021 19:45
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin meşə yanğınları nəticəsində məhv edilən ərazilərin sahəsi dağıdıcı bir ilin göstəricidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Meşə Yanğını Bilgi Sistemi (EFFIS) məlumat yayıb.

Türkiyədə 2008-2020-ci illər arasında hər il ortalama 20 min 760 hektar ərazi yanırdısa, bu sahə son 8 ayda 755 faiz artıb. 2021-ci ilin yanvar -avqust ayları arasında kül olan meşə sahəsi 177 min 476 hektara çatıb. Türkiyədə 2008-2020 -ci illər arasında hər il avqust ayında baş verən meşə yanğınlarının sayı ortalama 59 olub, bu rəqəm 2021-ci ildə 159 -a yüksəlib.

Son 12 ildə İtaliyada orta hesabla 29 min 805 hektarlıq ərazi külə çevrilib, bu il yanan ərazilərin sahəsi isə 300 faiz artıb.

İtaliyada 2021-ci ildə 118 min 873 hektar ərazi alova təslim olub.

Son həftələrdə meşə yanğınları ilə mübarizə aparan Yunanıstanın itkisi 1073 faiz daha çoxdur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər