Keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovun verdiyi qərarlar son nəticədə Sovet İttifaqının dağılmasına səbəb olan əsas amil idi.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveç nəşri “Svenska Daqbladet” yazıb.
Qəzetin yazdığına görə, Qorbaçovun həyata keçirdiyi islahatlar ölkənin həm iqtisadi, həm də hərbi sahədə mövqelərinin sarsılmasına səbəb olub və bu addımlar ən qısa vaxtda uğursuzluqla üzləşib.
Eyni zamanda, nəşr bildirib ki, Qorbaçovun qərarları dünyanın bir sıra ölkələrinə müsbət nəticələr qazandırıb: “Həmin ölkələr Qorbaçova verdiyi qərarlara görə təşəkkür edilməlidir”.
“Svenska Daqbladet”ə görə, SSRİ-nin keçmiş rəhbəri 1990-cı ildə “Nobel” sülh mükafatını ləyaqətlə qazanıb.
Eyni zamanda, nəşr Sovet İttifaqının dağılmasını müəyyən edən digər faktorların olduğunu da yazıb. Xüsusilə, hadisələrin bu cür inkişafına ABŞ-ın o zamankı prezidenti Ronald Reyqanın SSRİ və müttəfiqlərinin Şərqi Avropada iqtisadi cəhətdən zəifləməsinə səbəb olan addımları da kömək edə bilərdi.
Qorbaçovun özü bir neçə gün əvvəl Sovet İttifaqını dağıtdığına inandığı iki zərbə haqda danışıb. Onun fikrincə, bunlardan birincisi 1991-ci ilin avqustunda dövlət çevrilişinə cəhd, ikincisi isə Rusiya, Ukrayna və Belarus liderlərinin “dekabr sui-qəsdi” idi.